Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Mirvari Qəhramanlı: “Dedilər, yaşamaq istəyirsənsə, danışma”

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhramanlının səhhətində ciddi problem yaranıb. Bu barədə məlumatı AzNews.az-a özü məlumat verib. M. Qəhrəmanlı deyib ki, mayın 9-da Azərbaycana qayıdıb: “Məlum olduğu kimi İndoneziyada səfərdə idim. Orada olduğum zaman ailəm və mənim ətrafımda baş verən hadisələrdən ciddi sarsıntı keçirdim. Səhhətimdə problemlər olduğu üçün paytaxtdakı xəstəxanaların birinə müraciət etməli oldum. Həkimlər mənim səhhətimdə yaranan problemin nevraloji əlamətlərlə bağlı olduğunu dedilər. Üz nahiyəmdə ləkələr əmələ gəlib. Həmçinin, beynimdə ağrılar müşahidə edilir. Həkimlər mənə bildirdilər ki, əgər yaşamaq istəyirsinizsə əsəb keçirməmək üçün təmaslardan və ən əsası da danışmaqdan uzaq olmalısan”.

M. Qəhramanlı əlavə edib ki, həkimlər onun xəstəxana şəraitində müalicə olunmasını tələb etsələr də, o bununla razılaşmayıb: “İşlərimin çoxluğunu nəzərə alaraq xəstəxanada müalicə olunmaqdan imtina etdim. Hələlik özüm-özümə nəzarət edə bilirəm. Əsəbləşməsəm yaxşı olacağıma inanıram”.

Xatırladaq ki, tanınmış hüquq müdafiəçisi Leyla Yunus həyat yoldaşı Arif Yunus ilə birlikdə aprelin 28-də saat 23.30 radələrində ölkəni tərk edərək Fransaya gedərkən, Heydər Əliyev Hava Limanından saxlanılıb. Sərhədi keçərkən onlara ölkəni tərk etmələrinin qadağan olduğunu bildiriblər. Amma Leyla və Arif Yunusu müşayiət edən Qərb diplomatları – Fransa səfiri və Amerika səfirinin müavini prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədovla danışdıqdan sonra, onları sərhəddən buraxıblar. Daha sonra Leyla Yunus və əri təyyarəyə minərkən yenidən saxlnılıb. Aprelin 29-da isə Leyla Yunus Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ifadə verib. Elə həmin gün hüquq müdafiəçisinin mənzilində axtarış aparılıb.
Analoji əməliyyat-axtarış tədbirləri “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlının da iş otağında aparılıb.

Daha sonra – mayın 6-da Respublika Baş Prokurorluğu Qadın M. Qəhrəmanlının qızı, Krizis Mərkəzi adlı Qeyri-Hökümət Təşkilatının rəhbəri Mətanət Əzizovanın qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanda prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşları tərəfindən məhkəmənin qərarı əsasında axtarış aparılıb. Mənzildən sənədlər və elektron daşıyıcıları aşkar edilərək maddi sübut kimi götürülüb.

Məlumata görə, bu əməliyyat-axtarış tədbirlərinin “Ayna-Zerkalo” qəzetinin əməkdaşı, aprelin 19-da barəsində həbs-qətimkan tədbiri seçilən Rauf Mirqədirovla bağlı aparıldığı bildirilir.
1351 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:55