Şrift ölçüsü:
A+
A
A-
Kr
12 May 2014

Azərbaycanda polis əməkdaşı bıçaqlanıb

Azərbaycanın Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə mayın 12-də günorta saatlarında Masallı şəhəri ərazisində qeydə alınıb. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) yol patrul xidmətinin əməkdaşı Ariz İsmayılov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. Ruslan adlı şəxs tərəfindən iki bıçaq zərbəsi alan yaralı dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralının üzərində 3 saatdan artıq cərrahiyyə əməliyyatı aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Valideynləri Ariz İsmayılovun heç kimlə şəxsi qərəzliyinin olmadığını və hadisənin məhz onun peşə fəaliyyəti dövründə baş verdiyini deyiblər./apa/
1781 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.02.18, 17:47
Anar Əliyev güllələndi
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
Go to TOP