Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Abutalıbov yalan danışır

Partiya rəhbərliyi Hacıbala Abutalıbovun dediklərini ağ yalan adlandırır

Uzun müddətdir Müsavat Partiyası qurultay keçirə bilmir və bunun səbəbi kimi BŞIH-nin partiyaya yer verməməsi göstərilir. Müsavat Partiyası bir neçə dəfə BŞIH-ə rəsmi müraciət ünvanlayıb və onlara 500 nəfər tutumu olan 4 yer təklif olunub. Partiyanın bəzi üzvləri düşünür ki, təklif olunan yerlərdə qurultayı keçirmək olar. Hətta bu fikir ayrılığı partiya funksionerləri arasında müəyyən narazılıq da yaratmışdı. Müsavat rəhbərliyi hesab edir ki, 103 yaşlı bir partiya adınalayiq şəkildə qurultay keçirməlidi və 800-1000 nəfərlik yerlə təmin olunmalıdır.

Bugünlərdə Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mətbuata açıqlamasında bildirdi ki, Müsavat Partiyasına qurultay keçirmək üçün yer veriləcək: O, qeyd edib ki, Müsavat Partiyasına bir neçə dəfə yer ayrılıb: “Sadəcə, onlar qurultay keçirmək istəmirlər. Istənilən vaxt onlara yer ayrılıb. Ancaq həmişə qurultayı keçirməmək üçün bəhanə tapırlar. Deyirlər, 600 nəfərlik yer ver, 650 nəfərlik yer verirəm. Sonra deyirlər, ”yox, bizim 1000 nəfərlik nümayəndəmiz var". 1000 nəfərlik yer verirsən, deyirlər, “yox 1500 nümayəndəmiz var”. Qurultay keçirmək istəyən 100 nəfərlik yerdə də keçirər. Sadəcə, insanın ürəyində gərək mələk yaşasın, şeytan yox. Nə vaxt onların ürəyində bu şeytanı mələk edəcəyəm, onlar qurultay da keçirəcək, Azərbaycan xalqına da xidmət edəcəklər. Əmin olun ki, mən bunu edəcəyəm. 1 həftə ərzində Müsavat Partiyasına 650-700 nəfərlik yer ayrılacağıq. Ancaq əmin olun ki, onlar qurultay keçirməyəcəklər" - deyə Abutalıbov bildirib.

Müsavat başqanının müavini Gülağa Aslanlı “Azadlıq”a açıqlamasında bildirdi ki, Hacıbala Abutalıbovun dedikləri ağ yalandır: “May ayının 9, 10, 11-də Hacıbala Abutalıbov göylərlə danışır. Ona görə də bu dövrdə ona sual vermək lazım deyil. Növbəti dəfə Abutalıbov yalan danışır. Çünki, biz BŞIH-ə 5 dəfə müraciət etmişik və bizə yalnız bir dəfə rəsmi cavab verilib. Həmin rəsmi cavabda bizə 4 yer göstərilib və bu yerlərdən heç biri 600-650 nəfərlik deyil . Digər tərəfdən biz bütün müraciətlərimizdə eyni rəqəmi qeyd etmişik və 800-1000 nəfərlik yer tələb etmişik. Yəni, bizim məktublarımız hər həftə dəyişərək başqa formaya salınmır. Gərək yalan danışanda da elə yalan danışasan ki, ifşa olunmayasan. Biz BŞIH-i məhkəməyə vermişik və bugün növbəti məhkəmədir. Məhkəməyə gəlsinlər və bizə guya təklif etdikləri 1000 nəfərlik yeri məhkəmədə də göstərsinlər”.
1293 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 19:50