Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

“Donetsk Xalq Respublikası” Rusiyaya birləşmək üçün müraciət etdi

Ukraynanın Donetsk regionunda bazar günü keçirilən referendumdan sonra özünü müstəqil elan etmiş “Donetsk Xalq Respublikası” Rusiyanın tərkibinə daxil olmaq üçün müraciət edib.

Bu barədə “Donetsk Xalq Respublikası”nın müvəqqəti hökumətinin nümayəndəsi Denis Puşilin bildirib.

“Donetsk Xalq Respublikası xalqının öz iradəsini ifadə etməsindən çıxış edərək Rusiya Federasiyasından xahiş edirik ki, tarixi ədaləti bərpa etmək üçün yeni elan edilən respublikanın Rusiyanın tərkibinə daxil olması məsələsinə baxsın” - deyə Puşilin əlavə edib.

Donetsk regionunda keçirilən referendumda əhalinin əksəriyyətinin Ukraynadan ayrılmağa və müstəqilliyə səs verdiyi bildirilir. Bundan əvvəl Krımın Rusiyaya birləşdirilməsi də eyni ssenari ilə baş vermişdi.
1119 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...