Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

İran “Ya Əli” adlı 700 km məsafəli kruiz raketi istehsal edib

“Ya Əli” qanadlı raketini İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) mütəxəssisləri ərsəyə gətiriblər.

İranda İmam Əlinin (ə) doğum günü ərəfəsində “Ya Əli” qanadlı raketi təqdim edilib. İnterAz-ın əl-Aləmə istinadla verdiyi xəbərə görə, “Ya Əli” qanadlı raketini İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) mütəxəssisləri ərsəyə gətiriblər.

Məlumata əsasən, İranda indiyə qədər istehsal edilən qanadlı raketlər 300 km məsafəli olsalar da, “Ya Əli” kruiz raketi 700 km uzaqlıqda yerləşən hədəfi dəqiq vura bilir.

Bildirək ki, İran İnqilabının Keşikçilər korpusunun hava qüvvələri iki gün öncə keçirdiyi sərgidə ABŞ-ın “RQ 170” pilotsuz təyyarəsinin yerli versiyasını təqdim etmişdi.


1650 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber