Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

“Qarabağın işğaldan azad olacağı günü gözləyirik”

Ərdəbil valisi: “Qarabağın işğaldan azad olacağı günü gözləyirik”

“Biz Qarabağın işğaldan azad olacağı günü gözləyirik”. İranın “Səhər” telekanalınжn verdiyi məlumata görə, bunu İranın Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş bildirib.

Onun sözlərinə görə, İranın prinsipial siyasəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməkdir: “İran Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün siyasət yürüdür. Yəni rəsmi Tehran Qarabağın Azərbaycan torpağı olduğunu hesab edir. İnşallah, Qarabağ da bir gün işğaldan azad olunacaq. İranın Ərdəbil vilayəti beynəlxalq məsələlərdə hansısa rol oynamaq imkanına malik deyil. Ancaq İranın Ərdəbil vilayəti ilə Azərbaycan Respublikası arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsinin, qarşılıqlı səfərlərin çoxalmasının, hər iki ölkənin investorlarının fəaliyyətlərinin artmasının tərəfdarıyıq”.
1277 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:11