Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Fransada Suriyaya döyüşməyə gedən gənclər saxlanılıb

Fransada döyüş məqsədilə Suriyaya getməyə hazırlaşan bir qrup gənc tutulub.

“Anadolu” agentliyinшn verdiyi xəbərə görə, polisin səhər saatlarında Strasburq şəhərində keçirdiyi əməliyyat zamanı Suriyaya döyüşə getdiyi təxmin edilən 6 nəfər saxlanılıb.

Gənclərin keçən il Bəşər Əsəd rejiminə qarşı döyüşmək üçün Suriyaya getdiyi və ilin sonunda Fransaya geri döndüyü ehtimal edilir.

Qeyd edək ki, Suriyada əsir düşən və aprelin 19-da sərbəst buraxılan 4 fransız jurnalistin onları qaçıran şəxslərin fransızca yaxşı danışmaları barədə söylədikləri Fransa hökuməti döyüşməyə gedən gənclər mövzusunda yeni addımlar atmağa məcbur edib.
1180 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber