Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Suriyada öldürülən azərbaycanlıların görüntüləri yayıldı

Onlardan birinin 2013-cü ildə Suriyada öldürülən “Əbu Yəhya” ləqəbli azərbaycanlı komandir Nicat Aşurovun qardaşı olduğu bildirilir

Suriyada bir müddət əvvəl öldürülən iki azərbaycanlının meyitinin video görüntüsü yayılıb.

Video görüntülərdə nümayiş olunan “İbrahim” ləqəbli azərbaycanlı Sumqayıt şəhər sakini Rüfət Aşurovdur. R. Aşurovun 2013-cü ildə Suriyada öldürülən “Əbu Yəhya” ləqəbli azərbaycanlı komandir Nicat Aşurovun qardaşı olduğu bildirilir.

Meyiti nümayiş olunan “Zubeyr” ləqəbli azərbaycanlı isə Araz adlı Bakı şəhər sakinidir.

Qeyd edək ki, adı çəkilən şəxslərin Suriyada öldürülməsi barədə bir müddət əvvəl məlumat yayıb. Lakin onların meyitlərinin görüntüləri ilk dəfədir, yayımlanır.

Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu sosial şəbəkələrdə yayılıb./apa/
1272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber