Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

“Taliban” Cəlalabada hücum etdi – 21 ölü

“Taliban” qruplaşmasının hücumu nəticəsində 21 nəfər öldürülüb.

“Asoşieyted Press” xəbər verir ki, “Taliban” terror təşkilatının yaraqlıları Pakistanın Cəlalabad, Helmənd və Kabil şəhərlərinə hücum edib. Hücum nəticəsində 11-i polis olmaqla 21 nəfər həlak olub.

Rəsmilərin verdiyi məlumata görə, itkilər yerli hökumət binalarına hücum zamanı olub.

Rəsmi məlumata əsasən, hazırda ötən bir il ərzində 9500 Taliban yaraqlısı öldürülüb. Yaraqlılardan fərqli olaraq Əfqan təhlükəsizlik qüvvələrinin 8200 üzvü ölüb.

Xatırladaq ki, Əfqanıstanda sabitlik 2001-ci ildə ABŞ-ın bura hücumundan sonra pozulub. Hazırda 30 min Amerika əsgərinin Pakistanda olduğu bildirilir.
1173 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:10