Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Rusiya etirazçıların referendumun nəticələrini tanıdı

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Donetsk və Luqanskda keçirilən referenduma münasibət bildirərkən deyib:

“Biz seçkilərin nəticələrinə hörmətlə yanaşırıq. Ümid edirik ki, Donetsk və Luqansk əhalisi mədəni şəkildə nəticələri praktik şəkildə həyata keçirəcək”.

Qeyd edək ki, rəsmi Moskva Qərbi dezinformasiya yaymaqda, hadisələri şişirtməkdə və antirusiya təbliğatı aparmaqda ittiham edir. Keçirilən mətbuat konfransında Sergey Lavrov bildirib ki, hadisələrin gedişatını yalnız Rusiya televiziya kanalları düzgün şəkildə işıqlandırır. Qərb isə real hadisələri gizlədir.

Xatırladaq ki, Donetsk və Luqanskda faktiki hakimiyyət orqanları tərəfindən elan edilən nəticəyə görə, əhalinin 96%-i müstəqilliyə “Hə” deyib.

Bu arada Qazprom Ukraynanın qaz problemini bir qədər təxirə salıb. 3.5 milyard dollar borcu olan Ukrayna borcların bir qismini iyunda verəcək.
1107 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi