Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Nurçu məktəblərindən qaçan şagirdlərdən – Şok sözlər

"CHP-yə səs verəcəyin barədə Qurana and içməsən, səni İndoneziyada süründürərəm”.

Bunu nurçu yataqxanalarında qalan gənclərə “böyük qardaş”ları (abilər) deyib.

İndoneziyadakı Gülən camaatının İndoneziya dövləti ilə birgə açdığı “11 Mart” universitetində təhsil alan üç gənc ilk təhsil illərindən etibarən camaat evlərində böyük qardaşlar tərəfindən beyinlərinin yuyulduğunu bildirib.

Tələbələrdən Fuad Falaç Türkiyəyə qayıtmaq istəsə də, buna camaatın imkan vermədiyini deyib:

"17 dekabr prosesi başladı. Böyük qardaşların rəftarı da dəyişdi. Baş nazirin əleyhinə söhbətlər edirdilər. Ondan sonra bizə də təzyiq etməyə başladılar. Mənə "CHP-yə səs verəcəyin barədə Qurana and içməsən, səni İndoneziyada süründürərəm”, - dedilər.

"Yoldaşlarımız qarğış edirdilər. Türkiyəyə dönmək istədik, imkan vermədilər. Camaatın siyasətə qarışmasından narahat idim. Niyə belə etdiyimizi soruşdum, “Müəyyən nöqtəyə gələnə qədər belə olacaq” dedilər. Baş nazir Ərdoğan yaşadığımız xarici ölkələrdə camaat haqqında danışmağımızı dedikdən iki gün sonra məktəbə camaatın böyükləri gəldi və “əleyhimizə danışmayın, bu sizin üçün yaxşı olmaz”, - dedi”.

Başqa bir tələbə Məhmət Rəşad Ülgəc isə ailələrinin də CHP-yə səs verməsi üçün onlara təzyiq edildiyini deyib:

"Urfalıyam. Vəziyyətimiz pisdir deyə, bu təklifi qəbul etdim. Qəribə şərtlərlə qarşılaşdım. Dekabrın 17-də vəziyyət daha da çətinləşdi . CHP-yə səs verməyimizi, bunu ailəmizə də deməyimizi tələb etdilər. Belə bir şeyi qəbul edə bilməzdik. CHP ilə Gülən camaatı bir araya necə gələ bilər? Bu insanların siyasətə necə qarışdıqlarını başa düşmədik. Çətinliklə də olsa geri döndüm”./axar/
1609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat