Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Şiələrin Google-a girməsi qadağandır!

AdyanNews xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-əmru bil-mətuf vən-nəhyu ənil-munkər” (Yaxşılara dəvət və pislərdən çəkindirmə) şurasının üzvü ola Şeyx Xalid əş-Şaye, Rutana Xəliciyyə kanalının Liqa əl-cumuə verlişində çıxış edib. O söhbəti əsnasında deyib: Şiələrin özlərinin kiber və internet fəaliyyətlərinə görə, internetdən, xüsusilə Google axtarış motorundan istifadə etmə haqları yoxdur. Çünki bizə xəbər çatmış və məlum olub ki, şiələr özlərinin şirklə qarışıq əqidələrini təbliğ etmək üçün internet üzərindən geniş fəaliyyət göstərirlər.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, əş-Şaye deyib: Biz şiələrlə mübarizə aparırıq. Bunun səbəbi də onların şirklə bulanmış fikirləridir.
O, Bəşər Əsəd dövləti və Suriya rejimi haqqında da danışmağa vaxt tapıb: Suriyada hakim rejim tağutdur və Bəşər Əsəd məhv olmalıdır.
Xalid əş-Şaye sonda deyib: Bizim yaxşıya dəvət kimi vəzifəmiz var. Allahın Rəsulu (s) da başqa ölkələri yaxşıya dəvət edirdi. Misal üçün, o həzrət İran padşahı Xosrov Pərvizə məktub göndərmişdi. Lakin biz məktub yerinə silah göndəririk.
1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...