Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Göyçayda icra başçısı bazarı bağlatdırır

Göyçay rayonun mərkəzində yerləşən, 300 nəfərin işlədiyi Ticarət Mərkəzindən satıcılar çıxarılır.

Әməkdaşımız Ramin Deko xəbər verir ki, bu gün saat 13 radələrində rayon polis şöbəsinin əməkdaşları satıcılara maşınlarını bazardan çıxartmağı əmr edib. Ticarətçilər isə bunun qeyri-qanuni olduğunu deyirlər.

Sahibkarların sözlərinə görə, bazarı Nəqliyyat nazirinin xalası oğlu, rayonun icra başçısı Mənsur Məmmədovun tapşırığıyla sökürlər.

"Məqsəd satıcıları rayonun Cəyirli kəndində tikilən bazara yönləndirməkdir. Biz isə bununla razı deyilik. Heç kim rayonun mərkəzindən 4-5 kilometr yolu qət edib Cəyirli bazarına getməyəcək. Bundan başqa yeni bazarda yer haqları bahadı, dükan və piştaxtalarda alver etmək üçün almalısan. Biz razı deyilik. Bu gün səhər saatlarında alıcıları başqa bazara yönəldirdilər. Deyirdilər ki, gedin başqa bazara. İndi isə sahibkarlara maşınları bazardan çıxartmağı əmr edirlər." - deyə ticarətçilər etiraz edirlər./azadlıq/
1292 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 09:08
Suriya ordus