Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

İranın raket sənayesinin daha bir uğuru - Foto

“Zilzale-bareşi”-nin (yağan zilzal – red) 30 ədəd 17 kiloqramlıq bombası var. Bu raketin hissələri yerə yaxın məsafədə əsas raketdən ayrılır və aeroportların və yaylım tikili və təchizatların dağıdılması üçün yüksək dağıdıcı gücə malikdir. Bu raket 36 raketə bərabərdir.
İran İslam Respublikasının ali baş komandanı SEPAH-ın Hərbi Hava Qüvvələrinin əldə etdiyi nailiyyətlərlə tanış olduğu zaman, ilk dəfə Zilzal Bareşi raketi nümayiş olundu.
Zilzal raketi quru yanacaqla təmin olunub və ən mühüm raketlərdən sayılır. Raket 300 km məsafədə İranın ətrafında olan düşmənin hədəf və bazalarını məhv etməyə qadirdir.
İlk dəfə “Əzəmətli Peyğəmbər – 6” hərbi təlimində sınaqdan keçirilən bu raket, sonradan daha da təkmilləşdirildi.
İndi onun başlığı yaylım bombalarla təchiz edilib. Hazırkı raket hədəfi daha dəqiq məhv etmə qüdrətinə malikdir və müxtəlif yer quruluşlarında effektli zərbə vura bilir.
Bu növ başlıq zərbə zamanı daha geniş ərazini hədəfə ala bilir.
Bu yaylım başlıq müəyyən bir hədəfi vurmaq üçün deyil. Əksinə, ərazidə olan pərakəndə hədəfləri bir raketlə vurmaq üçündür.
SEPAH-ın HHQ komandirlərindən birinin bildirdiyinə görə, “Zilzal Bareşi” raketi həm əməliyyat, həm də iqtisadi baxımdan 36 Zilzal raketinə bərabərdir.


1436 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber