Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Ukrayna döyüşçüləri mühasirəyə düşdü – Ölənlər var

Ukraynanın Kramatorsk şəhəri yaxınlığında etirazçılarla ordu qüvvələri arasında gərgin döyüşlər gedir.

Bu barədə Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Dmitri Tımçuk Feysbuk səhifəsində yazıb.

“Saat 13 radələrində Kramatorskun 20 kilometrliyində Ukrayna Silahlı Qüvvələrinin 95-ci aeromobil briqadasının bölmələri etirazçıların mühasirəsinə düşüb. Məlumata görə, terrorçular döyüş sursatı aparan yük maşınını qumbaraatanla vurublar, bundan sonra döyüş başlayıb”, - deyə Tımçuk bildirib.

Tımçuk bildirib ki, Kramatorskdan avtobusla 30-40 döyüşçü köməyə gəlib. Helikopterlər vasitəsilə də mühasirədə olanlara desant göndərilib.

Ukrayna hərbçiləri arasında ölən və yaralananların olduğu bildirilir.

Etirazçılar ın itkiləri barəsində məlumat yoxdur.
1188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber