Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2013

Kürdlər Suriya-İraq sərhəd-keçid məntəqəsini ələ keçiriblər

Kürdlərin xalq müdafiə bölmələri Suriyanın İraqla sərhəddə yerləşən Həsəkə əyalətindəki əl-Yərubiyyə sərhəd-keçid məntəqəsini ələ keçiriblər.

SalamNews-un Suriya İnsan Hüquqları Müşahidəçi Qrupuna istinadla verdiyi xəbərə görə, sözügedən məntəqə uğrunda 3 gündür, qarşıdurmalar gedir.

Kürdlərin xalq müdafiə bölmələri ilə radikal DAİŞ qruplaşması və Cəbhət-ən-Nüsrə arasında gedən qarşıdurmalarda tərəflər çoxlu sayda itki verib. Əl-Yərubiyyəni ələ keçirən kürdlər, həmçinin strateji sərhəd-keçid məntəqəsini nəzarətə alıblar.

Bildirək ki, Suriyada kürdlərlə radikal qruplaşmalar arasında ölkənin Hələb, ər-Riqqə və Həsəkə əyalətlərində gedən qarşıdurmalar son bir neçə ay ərzində daha geniş vüsət alıb.
1698 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP