Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2014

Cəlilabadda Vidadi Dövlətov yüz minləri necə silir?

Cəlilabadda Vidadi Dövlətov yüz minləri necə silir? Təhsil Şöbəsinin müdiri böyük oyunlar quraraq, dövlətin pullarını cibinə qoyur

Cəlilabad təhsil şöbəsinin müdirinin ilginc pul silmə əməliyyatlarının üstü açılıb, onun direktorları təhdid etdiyi deyilir

Cəlilabad rayon təhsil şöbəsinin müdiri Vidadi Dövlətovun dövlət büdcəsindən ayrılmış 645 min manatı mənimsədiyinə dair iddialar var. Sözügedən şəxsin ötən il ayrılmış pulları şəxsi məqsədləri üçün istifadə etdiyi vurğulanır.

Belə ki, Vidadi Dövlətovun bu pulların böyük bir qismini təyinatı üzrə xərcləmədiyi deyilir. Həmin pulların 197006 manatının «Murad İnşaat» MMC vasitəsi ilə guya, əsaslı təmir işlərinə sərf olunduğu sənədləşdirilsə də, rayondakı orta məktəblərin acınacaqlı durumda olduğunu bilməyən yoxdur.

Bundan başqa, Dövlətovun bu pullardan 620 min manatına inventarların alınmasını həyata keçirdiyini də sənədləşdirib. «NAN» MMC tərəfindən həyata keçirildiyi vurğulanan proseslə bağlı isə ilginc məlumatlar var. Həmin inventarların çox cüzi bir hissəsi alınıb. Yerdə qalanını isə sənədləşdirmək üçün Cəlilabad təhsil şöbəsinin müdiri tabeçiliyində olan orta məktəblərin direktorlarının imkanlarından istifadə edib.

İddialara görə, Dövlətov məktəb direktorlarını başına yığaraq, onlardan guya, inventar aldıqlarını təsdiqləyən sənədlərə imza atmalarını və möhür vurmalarını istəyib. Bundan imtina edənləri isə işdən çıxaracağı ilə hədələyib.

Şöbə müdirinin qazanc olaraq əldə etdiyi bir digər vəsait isə digər maşın və avadanlıqların satın alınması ilə bağlıdır. Məlumatlarda qeyd olunur ki, "Orxan müəssisəsi" MMC ilə anlaşma əsasında bu zaman 234497 manat pul silinib.

Laboratoriya avadanlıqlarının satın alınması üçün "Bəyli-93" MMC şirkəti ilə anlaşan Dövlətovun bu əməliyyatdan 147539 manat mənfəət əldə etdiyi deyilir. Həmçinin təsərrüfat mallarının satın alınmasından 33700 manat, mətbəə xidmətlərinin satın alınmasından isə 34700 manat qazandığı vurğulanır./demokratiya/
1150 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber