Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2014

Ukraynanın Slavyansk şəhəri yaxınlığında 54 etirazçı öldürülüb

Ukrayna Daxili İşlər Nazirliyinin “Yaquar” xüsusi təyinat dəstəsi Slavyansk şəhəri yaxınlığında gedən döyüşlərdə 54 etirazçını öldürüblər.

“UNN”-nın verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Qvardiyasının 1-ci batalyonunun komandiri Andrey Antonişak mətbuat konfransında bildirib.

“Dəstənin pusquya düşməsinə, onun snayper və qumbaraatanlardan atəşə tutulmasına baxmayaraq cavab atəşi ilə 54 etirazçı öldürülüb”, deyə Antonişak bildirib.

Bundan əvvəl verilən xəbərə görə, Ukraynanın Kramatorsk şəhəri yaxınlığında etirazçılarla baş vermiş döyüş zamanı 7 hərbçi həlak olub.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, Kramatorsk şəhərindən 20 km aralıda pusqu qurmuş 30-dək silahlı etirazçı Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin kolonuna hücum edib.
1176 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18
Obamadan