Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2014

İcra başçısının adam öldürən müavini ilə bağlı müdhiş fakt

Piyada ölümü ilə nəticələnən qəza törətmiş “Hyundai” markalı avtomobilin üzərindəki nömrə tamamilə başqa avtomobilə məxsusdur
Səbail rayon icra başçısının müavini Yavər Allahverdiyevin xidməti maşını kimi təqdim edilən və ötən gecə piyada ölümü ilə nəticələnən qəza törətmiş “Hyundai” markalı avtomobilin üzərindəki nömrə tamamilə başqa avtomobilə məxsusdur.
Bir nəfərin ölümü, iki nəfərin xəsarət almasına səbəb olan “Hyundai” markalı avtomobilin üzərindəki 10 AS 509 dövlət nömrə nişanı əslində Səbail Rayon İcra Hakimiyyətinə məxsis “Qaz 3110” avtomobilinə aiddir. 10 AS 509 dövlət nömrə nişanı qanunsuz olaraq “Hyundai” markalı avtomobilə bağlanılıb. Məhz bu səbəbdən də avtomobilin İcra Hakimiyyətinin sürücüsü Sabir Hacıkərimov tərəfindən idarə edilməsi mübahisəlidir.
Xatırladaq ki, qəza ilə bağlı rəsmi məlumat yayılıb. Məlumatda bildirilir ki, Səbail rayon İcra Hakimiyyətində sürücü vəzifəsində işləyən, Bakı şəhər sakini Sabir Hacıkərimov idarə etdiyi «Hyundai Grandeur» markalı, 10 AS 509 dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu ərazisində hərəkətdə olarkən piyadalar - Xalid Cəbrayılov, Zəfər Xəlilov və Misir Şirinovu vurub. Nəticədə M.Şirinov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb, X.Cəbrayılov və Z.Xəlilov isə bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.
Fakta görə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
S.Hacıkərimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Şahidlərin bildirdiyinə görə isə qəzanı törədən maşın təxminən saatda 130-140 km sürətlə hərəkət edirmiş. Emil adlı hadisə şahidi bildirib ki, avtomobili idarə edən şəxs elə Yavər Allahverdiyevin özü olub.
O, Yavər Allahverdiyevin hadisədən sonra kiməsə zəng etdiyini və bir müddət sonra “909” nömrəli ağ rəngli “Land Cruiser” markalı avtomobilin hadisə yerinə gəldiyini söyləyib./axar/
1151 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı