Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2014

Çimərlik əraziləri niyə hasarlanır?

Abşeron yarımadasında çimərlik əraziləri hasarlanır. Səbəb kimi isə bəzi qurumların nəzarətsizliyi göstərilir. Bu da nəticədə, çimərlik sahələrinin məhdudlaşmasına gətirib çıxarır.

Özəlləşən çimərliklər hasarlanıb, hasarı da aşmaq hər adamın işi deyil. Pulun varsa, çimə də, hətta dəniz kənarında istirahət də edə bilərsən. Yoxdursa, ya dənizin yararsız, heç kimin iştahı düşməyən hissəsinə gedib istirahət etmək, çimmək mümkün deyil, ya da ki, sadəcə dəniz adını dilinə gətirməmək qalır.

"Çimərlik mövsümü yaxınlaşdıqca, qızmar yayın istisindən can qurtarıb, dəniz kənarında ləpədöyəndə sərinləmək istəyirsən. Bura Buzovna qəsəbəsindəki sahil zolağıdır. Amma hasarlarla sərhədlənmiş dəniz, sanki alınmaz qalaya çevrilib".

Ərazi 2 kilometrə yaxın daş hasarla əhatələnib. Dənizi görmək üçün mütləq bax bu şlanqbaumlardan keçməlisiniz. Bunun üçünsə, 1 AZN ödəməlisiniz.

Əraziyə nəzarət edən gözətçi deyir ki, 10 hektarlıq ərazi bir ay sonra istirahət mərkəzi kimi fəaliyyət göstərməyə başlayacaq.

Gözətçi Zahir Almazov isə deyir ki, əvvəl buralar açıq idi: “Sonradan hasarladılar. Şlaqbaumla 3 girişi var. Oradan girirlər, giriş 1 AZN-dir”.

Buzovna sahilərindəki bu vəziyyəti digər Bakı ətrafı kəndlərdə də görmək olar. Bu kəndlərdə doğulub böyüyənlər deyir ki, keçmişdə dənizin sahili ilə düz Sumqayıta qədər getmək olurdusa, indi bu mümkünsüzdür.

Əhmədağa Əsgərzadənin sözlərinə görə, mənim uşaqlarım, nəvələrim dənizin qırağına çıxa bilmir: “Çünki hər yer alınıb. O yerlərin hamısı hasarlanıb. Gedib dənizin içinə giriblər“.

Bəs müşahidə apardığımız Buzovna, Nardaran və Bilgəh kəndlərində Xəzər sahillərinin hasarlanması nə dərəcədə qanunidir?

Xəzər rayonunun Buzovna qəsəbəsi üzrə icra nümayəndəsi Mikayıl Qədimovu iş başında tapa bilmədik. Baxmayaraq ki, nahar vaxtı hələ başlamamışdı. Uzun müddət gözlədikdən sonra Mikayıl Qədimovla telefon əlaqəsi yarada bildik. O, sualları müavinə ünvanlamağımızı məsləhət gördü. Müavin isə vəzifəyə yeni təyin olunduğunu əsas gətirərək, onları cavablandırmaqdan boyun qaçırdı.

Bilgəh və Nardaran qəsəbələri isə inzibati ərazi üzrə Sabunçu Rayon İcra Hakimiyyətinə tabe olduğundan məsələyə qurumdan aydınlıq gətirməyə çalışdıq.

Sabunçu icra hakimiyyəti başçısının müavini Qəzənfər Həsənov bildirdi ki, o torpaqlar hamısı qanunun tələbləri əsasında satılıb sənədləşdirilib.

Ölkənin torpaq haqqında qanunda isə deyilir ki, dənizin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında, dənizə gediş-gəlişi məhdudlaşdırmamaq şərtilə hasarlana bilər./ans/
1413 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi