Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2014

"Gülən camaatı"nın Bakıdakı yurdu bağlanır

Azərbaycan Təhsil Nazirliyi Bakıda Fətullah Gülən camaatına aid oluduğu bildirilən "Damla" yataqxanasının icarə müqaviləsini dayandırır.

Bu, Təhsil Nazirliyinin istedadlı tələbələrin seçilərək xüsusi kurslarda təhsil almasını nəzərdə tutan proqramı ilə bağlıdır. Nazirliyin əməkdaşı Yaqub Piriyevin dediyinə görə, "Sabah" adı verilən yeni proqram 300 istedadlı tələbənin seçilməsini nəzərdə tutur. "Maddi vəziyyəti pis olan tələbələrin yataqxana və yemək ehtiyacı dövlət tərəfindən ödəniləcək.

Bu gün bir çox universitetin yataqxanası yoxdur. Lakin Memarlıq və İnşaat Universitetinə aid "Damla" yataqxanası Təhsil Nazirliyinin nəzdindədir. Qarşıdan gələn dövrdə “Sabah” proqramına daxil edilən 300 tələbə o binaya yerləşdiriləcək", - deyə Yaqub Piriyev vurğulayıb. Qeyd edək ki, "Damla" yataqxanası son 15 ildir ki, Fətullah Gülən camaatının nəzarətindədir./ans/
1412 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...