Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2013

Qubada hərbçi avtomobil qəzasına uğrayıb

Qubada yol-nəqliyyat hadisəsi (YNH) baş verib.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Quba-Rusiya Federasiyası dövlət sərhədindəki avtomobil yolunun Quba rayonunun Vladimirovka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Daxili Qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsinin zabiti, 24 yaşlı Səmiyev Məhəmməd Etibar oğlunun idarə etdiyi “Mercedes” markalı avtomaşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ağır bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən, hərbçinin vəziyyəti ağırdır.

Qəzaya səbəb kimi yüksək sürət göstərilir.

Hazırda Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstintaq və təhqiqat bölməsində hadisənin başvermə səbəbləri araşdırılır.
1760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP