Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2014

Türkiyədə 3 günlük matəm elan olunub

Soma kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 205-ə çatıb

Türkiyədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar 3 günlük yas elan edilib.

Türkiyə hökuməti Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində çoxlu sayda işçinin ölümü ilə əlaqədar 13 may tarixindən etibarən ölkədə 3 günlük matəm elan olunduğunu açıqlayıb. Matəmlə əlaqədar Türkiyədə və ölkənin xaricdəki nümayəndəliklərində bayraqlar yarıya qədər endirilib.

Qeyd edək ki, Soma kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 205-ə çatıb.
1346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP