Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2014

Türkiyədə kömür mədənində baş verən qəzada ölənlərin sayı 232-yə çatıb

Müxalifətçi millət vəkilləri isə ən azı 350 fəhlənin öldüyünü bildiriblər

Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayı 232-yə çatıb. Bu rəqəmi baş nazir Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Lakin hadisə yerində olan müxalifətçi millət vəkilləri ölənlərin sayının daha çox olduğunu bildiriblər. Cümhuriyyət Xalq Partiyasının (CHP) hazırda Somada olan millət vəkilləri partiyanın lideri Kamal Kılıçdaroğluna ən azı 350 işçinin öldüyünü deyiblər.

Kömür mədənində baş verən partlayış və yanğın zamanı içəridə 787 fəhlənin olduğu güman edilir. Bu səbəblə ölənlərin sayının daha da artacağı şübhə doğurmur./apa/
1147 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı