Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2014

Barak Obamaya sui-qəsd hazırlayan şəxs ölüm cəzasına məhkum edilib

ABŞ-ın Cənubi Dakota ştatının məhkəməsi 75 yaşlı Meybl Şeynin qətlə yetirilməsində günahkar bilinən kişini ölüm cəzasına məhkum edib.

SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli KİV məlumat yayıb.

Bildirək ki, 44 yaşlı Ceyms Makveyə belə sərt cəzanın verilməsi yaşlı qadının öldürülməsinin onun ABŞ Prezidenti Barak Obamaya qarşı təşkil edilən planın bir hissəsi olması ilə bağlıdır.

Psixoloji xəstəlikdən əziyyət çəkən müttəhim istintaqın gedişində günahını tam olaraq etiraf edib və cinayəti qadının avtomobilini ələ keçirmək, Vaşinqtona getmək və prezidenti öldürmək məqsədilə törətdiyini bildirib.

Qeyd edək ki, ittihamçı tərəf C.Makveyə səhhəti ilə bağlı olaraq təcili azadlığa çıxma hüququ olmadan ömürlük həbs cəzası verilməsini tələb edib. Məhkəmə yüngülləşdirici halları nəzərə almayıb və hökm kifayət qədər sərt olub.
1211 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı