Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2014

Dəhşətli faciəyə görə Millət Məclis günahkar çıxarıldı – 879 ölü

Somadakı mədənləri  yoxlamaq üçün edilən təklif parlamentdə qəbul edilməyib.

CHP Manisa millət vəkili Özgür Özəl açıqlama verib. Ötən ilin oktyabrında millət vəkili Somada yerləşən mədənləri yoxlamaq üçün parlamentdə təkliflə çıxış edib. O, bildirib ki, Somada baş verən davamlı qəzalar onları bu addımı atmağa vadar edib. Lakin 60 vəkilin imzasıyla təqdim edilən təklif 20 gün öncə parlamentdə qəbul edilməyib. Millət vəkili hadisələrin bu məcraya gələcəyinin çoxdan bəlli olduğunu bildirib:

 

“Hər gün həyatını itirən işçilərlə bağlı xəbərlər alırıq. Bu qədər ağır əvəz ödədikdən sonra bunlar olmamalıydı. Məclis və “Dövlət Nəzarət Qurumu” artıq buna bir çarə tapsın. Biz Manisa millət vəkilləri olaraq şaxtaçıların dəfninə getməkdən bezdik. Bu ağrıya nə biz, nə də ölənlərin ailələləri dözə bilirlər”.

Bu arada Türkiyənin məşhur aktyoru Ləvənt Üzümcü Tvitter sosial şəbəkəsində son 11 ildə Türkiyədə şaxtada həlak olanların statistikasını Almaniya ilə müqayisə edən şəkil paylaşıb.

Müqayisə olduqca maraqlı faktı ortaya çıxarıb.

Belə ki, son 11 ildə Türkiyədə şaxtalarda baş verən qəza nəticəsində 879 nəfər həyatını itirib, Almaniyada isə bu rəqəm cəmi 3-dür.

Hadisədən sonra qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqlarının liderlərinin mitinq çağırışları ölkəni bürüyüb.

Türkiyənin dörd bir yanında mitinq keçirməyə hazırlaşan vətəndaşlar əsasən nazirliklərin önünə tabut qoymağı və yürüş etməyi düşünürlər. Planlaşdırılan mitinqin axşama qədər baş tutacağı bildirilir.


1194 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:55