Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2014

“Krımın Rusiyaya birləşdirilməsi ilə fəxr edirəm”

Narışkin: “Krımın Rusiyaya birləşdirilməsi ilə fəxr edirəm”

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Rusiyaya qarşı Qərbin sanksiyalarının absurd olduğunu bildirib.

Bu barədə Duma sədri "Rusiya 24" kanalına müsahibəsində deyib. Narışkin bildirib ki, Qərbin sanksiyaları absurd və məntiqsizdir:

“Brüssel və Vaşinqtonun sanksiyaları absurddur və bu addımı birbaşa Federasiya Şurasının üzvlərinə, həmkarlarıma və mənə qarşı hesab edirəm. Bununla onlar ümid edirlər ki, Rusiyanın Krım məsələsində mövqeyi dəyişəcək? Mən heç vaxt qərarımı dəyişdirməyəcəyəm. Krımın Rusiyaya birləşdirilməsi kimi tarixi hadisədə iştirak etdiyim üçün fəxr edirəm”.

Qeyd edək ki, ABŞ və AB Rusiyanın Krıma müdaxiləsindən sonra bu ölkəyə iqtisadi sanksiyalar tətbiq edir. Həmçinin G7 ölkələri də Ukrayna ətrafında vəziyyətin gərginləşməsi halında Rusiyanı sanksiyalarla hədələyib. Rəsmi Moskva isə Qərbin bu addımının qəbuledilməz olduğunu vurğulayır.
1276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP