Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

Venesuelada 80 nəfər saxlanılıb

Venesuelada polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 80 nəfər saxlanılıb

Venesuelanın paytaxtı Karakasda tələbələrin növbəti etiraz aksiyası iğtişaşlarla nəticələnib.

BBC-nin verdiyi məlumata görə, ən az 80 nümayişçi saxlanılıb.

Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib .

Fevral ayından etibarən Venesuelada hökumətə qarşı başlanan etiraz aksiyaları zamanı yaranmış qarşıdurmalarda 40 nəfər öldürülüb, yüzlərlə adam xəsarət alıb, onlarla etirazçı həbs edilib.

Etiraz aksiyaların iştirakçıları hökuməti yüksək inflyasiya, gündəlik tələbat mallarının qıtlığı və ölkədə tüğyan edən cinayətkarlığa görə günahlandırır.
1445 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 18:33