Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

Cahangir Əsgərov barədə şok iddia

«Azal» prezidentinin ölkədən 30 ton ağırlığında pul çıxarmağa cəhd göstərdiyi deyilir

Bakı Hava Limanı vasitəsilə milyardlarla pulun ölkədən çıxarılmasına cəhd olunub. Bu sensasion məlumatı “Yeni Müsavat” qəzeti etibarlı mənbəyə istinadən yayıb. Məlumata görə, bu, günlərdə hava limanında yük daşımalarını (karqo xidməti) həyata keçirən “Silk Way” işçiləri 30 ton ağırlığında yükü təyyarəyə yükləyəndən sonra uçuşa icazə verilməyib. Az sonra isə yükün təyyarədən boşaldılması əmri gəlib.

Məlum olub ki, yük AZAL prezidenti Cahangir Əsgərovundur və onun əksər hissəsi külli miqdarda puldan ibarətdir. Məlumatda deyilir ki, yükün təyyarədən boşaldılması Cahangir Əsgərovun xoşuna gəlməyib. Amma o, verilmiş əmrə etiraz da edə bilməyib. Belə məlumatlar da var ki, AZAL prezidenti tonlarla pulu ölkədən “yuxarı”ların razılığı və xəbəri olmadan çıxarmaq istəyib. Lakin onun gizli həyata keçirmək istədiyi əməliyyat faş olub. Məlumatda iddia olunur ki, Cahangir Əsgərov buna görə ciddi cəzalandırılıb. Lakin həmin cəzanın təfsilatlarının cəmiyyətə yansıması hələ baş verməyəcək - bu cür hallarda tətbiq olunan cəza sadə insanların təsəvvür etdikləri kimi, inzibati xarakterdə olmur...

“Azal”ın xidmət rəisi Məhərrəm Səfərli isə “Azadlıq”a bildirib ki, bu məlumata inanmır: “Mən bu yazılanlara inanmıram. Hesab edirəm ki, bu məlumat yalandır”.
1502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı