Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

Türkiyədə ölənlərin sayı 275 nəfərə çatıb

Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 275 nəfərə çatıb

Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayı 275-ə çatıb.

Associated Press agentliyinin verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, 1941-ci ildən etibarən Türkiyə mədənlərində 3 mindən çox adam ölüb.
1283 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.03.17, 09:32
Kadırov Suriyaya gedir
19.03.17, 12:05
Ər-Riyad