Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

İki başlı uşaq dünyaya gəlib

Avstraliyada doğuş zamanı gənc qadın bir bədəndə iki baş olan uşaq dünyaya gətirib.

Avstraliyada qeyri-adi bir doğuş baş verib. Talesiz körpə iki başla dünyaya göz açıb. Körpənin bir bədən olmasına baxmayaraq, ayrı iki beyni və ayrı iki üzü var. Hazırda sağlamlıq vəziyyətləri yaxşı kimi görünsə də, həkimlər körpənin xəstəxanadan çıxarılmasına icazə vermir. Körpənin iki beyni olsa da, ancaq bədən eyni orqanlara bağlıdır.

Qeyd edək ki, körpənin atası Simon Hovie “Bir bədəndə olsalar da, biz əkiz olaraq görürük. Onlar bizim qızlarımızdır və onları çox sevirik“, - deyir. Çətin bir vəziyyətləri olan kiçik əkizlərin adları isə Din və Ümiddir.

Xatırladak ki, dünyada doğulan cüt üzlü körpələrnin sayı otuz beşə çatsa da, ancaq heç biri həyatda yaşamağı bacarmayıb.


1681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 07:42