Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

«Human Rights Watch»dan hakimiyyətə sərt tənqid

«Hakimiyyət ifadə azadlığını təmin etmək əvəzinə repressiyaları gücləndirib»

«AŞ Azərbaycan rəhbərliyinə bildirməlidir ki, hökuməti tənqid edənlərin həbsi ədalətsizlikdir və onlar dərhal azad edilməlidir»

"Human Rights Watch" təşkilatı Azərbaycanda insan haqları ilə bağlı növbəti hesabatını açıqlayıb. “Azərbaycan: yeni həbslər və tənqidi səslərin məhkəməsi” adlı hesabatda hakimiyyət sərt tənqid olunaraq, Azərbaycanın Avropa Şurasının öhdəliklərini yerinə yetirmədiyi qeyd olunub. Təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogianın sözlərinə görə, hökumət açıq-aşkar təşkilatın əsas standartlarına məhəl qoymur: “Avropa Şurası açıq şəkildə Azərbaycan rəhbərliyinə bildirməlidir ki, hökuməti tənqid edən səslərin həbsə alınması ədalətsizlikdir və onlar dərhal azad edilməlidir, insan hüquqları və demokratiya sahəsində geniş islahatlar aparılmalıdır”.

Hesabatda vurğulanır ki, son iki ildə hökumət 38 siyasi fəal, jurnalist, blogger və hüquq müdafiəçisinə qarşı əsassız ittihamlar irəli sürüb və onların çoxsu hazırda həbsdədir. Hesabatda həmçinin həbs olunan NİDA-çılar, jurnalistlər Rauf Mirqədirov və Pərviş Həşimli ilə yanaşı, hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşına, jurnalist Xədicə İsmayıla qarşı təzyiqlərin olduğu qeyd olunub. “Avropa Şurası insan hüquqları sahəsində aparıcı təşkilatdır, lakin Azərbaycan sədrliyə onun standartlarına məhəl qoymadan başlayır”, - qurumun Cənubi Qafqaz üzrə baş araşdırmaçısı Georgi Qoqiya bildirib.

Hesabatda eyni zamanda Azərbaycanda son zamanlar çıxarılan ədalətsiz məhkəmə hökmlərinə də diqqət ayrılıb: «Cinayət araşdırmalarının vəziyyəti, məhkəmə çəkişmələri zamanı çoxsaylı pozuntular bu ittihamların uydurma olmasına, məqsədin müstəqil fəallığa və hökuməti tənqidə görə cəzalandırmaq olmasına şübhə doğurmur. Onların arasında NİDA hərəkatının 6 gənc fəalı var. Gənclər mayın 6-da 6 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər. Bundan əlavə, mühakimə olunanlar və ya hökm gözləyənlərin arasında Facebook səhifəsində hökuməti tənqid edən 5 fəal, siyasi analitik və 2013-cü il prezident postuna namizəd İlqar Məmmədov, Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu, Müsavat Partiyası sədrinin müşaviri Yadigar Sadıqov da var.

Hesabatda Türkiyədən deportasiya olunan və dövlətə xəyanətdə ittiham olunaraq Bakıda həbs edilən jurnalist Rauf Mirqədirovun, Azərbaycanda seçkilərin müstəqil monitorinqini keçirən quruma rəhbərlik edən tanınmış fəal Anar Məmmədlinin işlərinə də toxunulur. Azərbaycan hakimiyyəti toplaşma azadlığını məhdudlaşdırır, icazəsiz aksiyaların qarşısını almaq üçün qüvvədən istifadə edir. Buna son misal kimi NİDA-çı gənclərə hökm oxunan gün onlara dəstək aksiyasının 200-ə yaxın iştikaçısının dağıdılmasını göstərmək olar. 26 nəfər aksiya iştirakçısı saxlanılıb. Məhkəmələr 12 nəfəri cərimə edib, 5-ni 15-30 sutkalığa həbs edib. Onların arasında AXCP üzvü Kəmalə Bənənyarlı da var. Polis idarəsində bir neçə dəfə onun başına vurublar.

Sənəddə qeyd olunur ki, 2001-ci ildə Azərbaycan Avropa Şurasına daxil olarkən siyasi məhbusları azad etmək və hökuməti tənqid edənlərə qarşı repressiyalara son qoymaqla bağlı öhdəlik götürüb. AŞPA-nın 2013-cü ilin yanvarında qəbul olunan qətnamədə də Azərbaycan hakimiyyəti fəalların və jurnalistlərin işlərinə yenidən baxmağa, şübhəli ittihamlarla həbs olunanları azad etməyə çağırılır. Bununla belə, Azərbaycanın Nazirlər Komitəsində sədrliyi ərəfəsində vəziyyət ancaq pisləşib».

Azərbaycanda siyasi həbslərin nəticəsində ifadə, toplaşma və birləşmə azadlığı üçün məkanın daim daraldığını deyən Qoqiya bildirib ki, sədrlik ərəfəsində bu problemlə mübarziə aparmaq əvəzinə hökumət repressiyaları gücləndirib./Turan/
1224 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:23
Pakistan sərnişin