Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

Əliyev Rövnəq Abdullayevə məxsus otelin açılışını etdi

Şamaxı rayonunun Şərədil kəndində beşulduzlu “Şamaxi Palace Platinum By Rixos” otelinin açılışı olub. Açılış mərasimində İ.Əliyev də iştirak edib. O, rəmzi açılışı bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, altımərtəbəli otel 102 otaqdan ibarətdir. Otaqlardan 82-si “Delux”, 9-u “Suite”, 8-i “King-suite”, 3-ü isə “Presidential suite”dir. Burada 450 nəfərlik şadlıq sarayı, 2 restoran, 8 bar, 200 nəfərlik konfrans zalı, 30 nəfərlik toplantı otağı, anfiteatr, lüks gecə klubu, uşaq əyləncə guşəsi, “SPA” mərkəzi və s. var.

İ.Əliyevin bu otelin açılışında şəxsən iştirak etməsi təsadüfi deyil. Bu otel hakimiyyətdəki oliqarxlardan birinə məxsusdur. Söhbət dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevdən gedir. Ümumiyyətlə, Şamaxı Rövnəq Abdullayevin kurasiyasındadır.

Yeri gəlmişkən, Ağsu aşırımında fəaliyyət göstərən istirahət mərkəzlərinin sökülməsi də bu otelə görədir. Yəni, məqsəd Rövnəq Abdullayevə məxsus otelin rəqibsiz fəaliyyət göstərməsinə yaşıl işıq yandırmaqdır./azadlıq/
1158 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.1