Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

Azərbaycanlı gənc status yazıb intihar etdi - Foto

İsmayıllıda 24 yaşlı gənc intihar edərək həyatına qəsd edib.

Ötən gün İsmayıllı rayonunda intihar hadisəsi baş verib. İntihar edən şəxs isə rayonun Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü Tofiq Adıgözəlov olub.

24 yaşlı gənc intihar hadisəsini yaşadıqları evin həyətində özünü asaraq həyata keçirib.

T.Adıgözəlovun hansı səbəbdən intihar etməsi hələ ki, dəqiq bilinməsə də onun sosial şəbəkədəki son statusu həyatından narazı olduğunu, buna görə özünə qəsd etdiyini göstərir.

"Bu həyat çox haqsızdır; çünki pulu, varı, dövləti olana üstünlük verirlər", - deyə intihar edən gənc ölümündən təxmini yarım saat əvvəl sosial şəbəkədə yazıb.

Baş verən intihar hadisəsini İsmayıllı rayon polis şöbəsindən də təsdiqləyiblər.
1322 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı