Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

Somada 15 yaşında uşaqlar çalışıb?

Taner Yıldız: "Bu, isbat edilsə, mən istefa verərəm"

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız Somadakı mədəndə uşaqların işlədildiyi barədə iddiaların doğru olmadığını açıqlayıb.

Yıldız Ailə və Sosial Siyasət naziri Ayşenur İslam ilə mədəndə araşdırmalar aparıb. Mədənçilərin yaxınlarınını olduğu sahəyə gələn Yıldız və İslama bəzi vətəndaşlar təpgi göstərib.

Nazir Yıldız "İnsan həyatı bu qədər ucuz mu?" , "İnsanlar bilə-bilə ölümə göndərildi" , "Canlarımız içəridə yatır" deyə qışqıran bəzi mədənçilərin yaxınlarıyla görüşüb. Bir mədənçinın yaxınının "15 yaşında bir uşağı burada işlətdilər" şəklindəki etirazına nazir "Bunu kim deyir, niyə bu, sübut olunmur?" deyə reaksiya verib.

Həmin şəxs isə nazirə bu barədə mediada yazıldığını bildirib. Taner Yıldız "Bu iddianı ortaya atanlar isbat etməyə borcludurlar. 15 yaşında bir uşağın burada çalışdığını iddia edənlər yalançıdır. Mədəndə 15 yaşında uşaqların çalışdığı isbat edilsə, mən istefa verərəm" deyib.
1285 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı