Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

Litvada Putinə səs verilib - Foto

Mayın 11-də Litvada keçirilən prezident seçkilərində bülletenlərin bir hissəsi korlanıb.

Sosial şəbəkədə korlanmış bülletenlərin müxtəlif şəkilləri yayılıb.

Səkillərdən görsənir ki, bülletenlərdə ən çox adı səkkizinci namizəd kimi əlavə olunmuş sabiq president Rolandas Paksasdır. Paksas Litva prezidentliyindən impiçment nəticəsində çıxarılıb. Ancaq digər qeyri-adi variantlar da rast gəlinir.

Facebook-da şəkili yayılan bülletenlərdən birində seçicinin Donetsk Respublikası və Vladimir Putinə səs verdiyi görünür.

Xatırladaq ki, Litvada prezident seçkilərində yeddi namizəd iştirak edib. Litvanın hazırkı başçısı Dalya Qribauskayte, sosial-demokrat Ziqmantas Balçitis, İşçi partiyasının nümayəndəsi Arturas Paulauskas, sabiq-mühafizəkar, klaypedskili siyasətçi Naqlis Puteykis, iqnalinskli siyasətçi Bronyus Rope, Litvalı polyakların lideri Valdemar Tomaşevski və Vilnüsün meri Arturas Zuokas.

May 12-də elan olunan ilkin məlumatlara görə Qribauskayte təxminən 45% nəticə ilə qalib gəlib.





1380 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01
0