Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2014

Şuşanı verən general Müdafiə Nazirliyinin rəhbərliyində

Xəbər verdiyimiz kimi, general-mayor Elbrus Orucov Müdafiə Nazirliyi Əməliyyat Baş İdarəsinə rəis təyin olunub.

Orucov Qarabağ savaşı zamanı ön cəbhədə xidmət edib və Şuşa və Laçının müdafiəsinə məsuliyyət daşıyan hərbi birləşmələrə bilavasitə komandanlıq edib.

Qarabağ müharibəsinin bir çox iştirakçıları E.Orucovu qeyri-peşəkarlıq və xəyanətdə ittiham edirlər. Onların bildirdiyinə görə, erməni tanklarının və əsgərlərinin Şuşaya yolu məhz Orucovun bu əməlləri sayəsində açılıb.

E.Orucov sabiq müdafiə naziri Rəhim Qazıyevin səs-küylü məhkəmə işinə də şübhəli şəxs qismində cəlb olunmuşdu. Lakin o, hakimiyyətdəki əlaqələri hesabına canını yüngül cəza ilə, yəni Beyləqan korpusunda xidmətə göndərilməklə qurtarmışdı.

Çox maraqlıdır ki, bircə güllə atmadan düşmənə təslim edilmiş, giriş yolları minalardan təmizlənmiş iki Azərbaycan şəhərinin müdafiəsinə görə birbaşa məsuliyyət daşıyan general Müdafiə Nazirliyində həlledici və vacib postlardan birinə rəhbər gətirilir! Bunu necə başa düşmək olar? Yoxsa sovet zabiti olan E.Orucov heç bir məsuliyyət daşımır və bütün günahları və məsuliyyəti R.Qazıyevin o zamankı dərəbəyliyin ayağına yazaq?!

E.Orucovun bu vəzifəyə təyinat almasında əsas rolu görünür, Baş Qərargah rəisi Nəcməddin Sadıqov oynayıb. Onları möhkəm dostluq əlaqələri birləşdirir. Bu da onu göstərir ki, N.Sadıqov Müdafiə Nazirliyində qeyri-məhdud hakimiyyət və səlahiyyət sahibinə çevrilib. Çünki keçmiş nazir Səfər Əbiyev tərəfindən istefaya göndərilən general və zabitlərin çoxu indi nazirliyə yüksək postlara qayıdırlar. E.Orucov da onlardan biridir. Bu da sizə islahatlar...

Üzərində bu qədər ağır ittihamlar olan E.Orucovun hansı səbəb və ya zərurətdən Müdafiə Nazirliyində yüksək posta gətirilməsi ilə bağlı nazirliyə göndərdiyi sorğuya nazirliyin mətbuat xidmətindən bircə cümləlik cavab verdilər: "Orduda əmrlər müzakirə olunmur, icra olunur".

Bu çox dərin və əhatəli cavab isə öz növbəsində daha bir sual doğurur: bəs E.Orucov 22 ildir düşmən tapdağında olan Şuşanın müdafiəsi ilə bağlı ona verilmiş əmri niyə icra etməmişdi?

1619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı