Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2014

Türkiyə yenidən qarışdı

Türkiyənin Soma rayonunda 284 nəfərin ölümü ilə nəticələn mədən partlayışı ilə əlaqədar hökumətə qarşı etirazlar geniş vüsət alıb.

İzmir vilayəti ilə yanaşı, paytaxt Ankara, İstanbul, Diyarbəkir, Bolu, Adana və digər vilayətlərdə də etiraz aksiyaları keçirilib.

Aksiyalar zamanı etirazçılar hökumətdən işçilərin təhlükəsizliyini təmin etməsini tələb ediblər.

Diyarbəkir və Bolu vilayətində baş tutan aksiyalar sonda zorakılıqlarla yadda qalıb. Bir qrup aksiyaçı təhlükəsizlik qüvvələrinə daşlarla hücum edib.

İstanbul şəhərində isə fəallar "bu, qəza deyil, qətliamdır" şüarları ilə oturaq aksiya keçiriblər. Təhlükəsizlik qüvvələri təzyiqli su ilə aksiyanı dağıtmağa çalışıb.
1466 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...