Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2014

Dnestryanı müstəqilliyini elan etdi

Dnestryanı bölgənin “qanunverici orqanı” olduqca təhlükəli addım ataraq, müstəqilliyinin tanınmasını istəyib.

Qurum bu yöndə Rusiya prezidenti Vladimir Putinə, Dövlət Dumasına, həmçinin ATƏT və Birləşmiş Millətlər Təşkilatına müraciət edərək, kömək istəyib.

Qurumun belə müraciətlə çıxış etməsinə səbəb Avropa Komissarı Joze Manuel Barozzo ilə Moldovanın baş naziri Yuri Lyankenin birgə keçirdiyi mətbuat konfransı olub. Məlumdur ki, dünənki görüşdə tərəflər arasında assosiyasiya sənədinin imzalanması, Moldova və Avropa Birliyinin üzərinə düşəcək vəzifələr və tərəflərin gələcəkdə atacağı addımlar müzakirə olunub. Barozzo bildirmişdi ki, bu, rəsmi Kişinyovun müstəqil seçimidir. Əgər ölkə özünü Avropada görmək istəyirsə, yaxın gələcəkdə Moldovanın quruma üzv olması gözləniləndir. Bu bəyanatlar bir gün sonra haqqında söhbət gedən qurumu bu cür müraciətlə çıxış etməyə sövq edib.

Xatırladaq ki, hələ martın 18-də Ali Şurasının sədri Mixail Burla Rusiya Dövlət Dumasının sədri Serqey Narışkinə müraciət yollayaraq, təmsil etdiyi qurumun Rusiyaya birləşdirilməsini istəmişdi.
1236 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı