Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2014

Partlayış günü işə çıxmayan şaxtaçıdan şok ittihamlar

"Hadisə günü icazəli olduğum üçün işə getmədim. Bu şaxtada tez-tez problemlər olurdu. 4 ay əvvəl də biz mədəndə hərarətin normadan çox olduğunu demişdik”.

Bunu faciənin baş verdiyi Soma mədənində işləyən, ancaq həmin gün icazəli olduğuna görə işə getməyən işçi Vədat Apaydın deyib.

İşçi şaxtada olan istiliyin çoxluğu haqda şirkətinin baş mühəndisləri Mehmet Əfə və Koray Karadağa dediyini, ancaq onların buna fikir vermədiyini bildirib:

“Biz bunu nə qədər desək də, “çox hava versək, bura yanar”, - dedilər. Dediyimiz heç nəyi nəzərə almadılar və ikisi də bu hadisədə öldü. Yoxlamalara gələn mühəndislər isə heç şaxtanın içinə enmir, xaricində təmiz olan bölgələri gəzirlər.

Biz 2004-cü ildən əvvəl Almadərə kəndində “yeraltında işləmək təhlükəlidir” deyə, işləmirdik. Heyvandarlıqla və tütün əkərək ruzumuzu çıxarırdıq. 2004-cü ildən sonra qiymətlər artdı, dolanışığımızı təmin etmək üçün evimizə 13 kilometr uzaqlıqdakı bu mədəndə işə başlamağa məcbur olduq”.

Qeyd edək ki, Türkiyənin Soma əyalətində baş verən faciədə şəhid olanların sayı 284-ə yüksəlib. Faciə ilə əlaqədar cinayət işi başlanıb.
1390 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 00:21