Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2014

"Hökumət qəza zamanı həlak olanların dəqiq sayını gizlədir"

Türkiyə hökuməti Manisa vilayətində mədəndə baş vermiş qəza nəticəsində həlak olanların dəqiq sayını gizlədir.

Bu barədə ölkə parlamentinin Manisadan olan deputatı, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Həsən Oren bəyan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Milliyet" qəzeti xəbər yayıb.

Onun sözlərinə görə, mədəndəki qəzanın qurbanlarının dəqiq sayı yalnız hökumətə məlumdur.

O, həmçinin qeyd edib ki, ölkənin müxalifət partiyaları mədən faciəsində siyasi mqəsədlər üçün istifadə etməmək barədə razılığa gəliblər.

Mayın 13-də Manisa vilayətində mədəndə baş vermiş qəzada ölənlərin sayı 284 nəfər çatıb. Hazırda dağıntılar altında qalanların sayı 90 nəfərdən çoxdur.

Faciə ilə əlaqədar Türkiyədə üçgünlük matəm elan edilib.
1276 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP