Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2014

Putin Avropaya bircə ay vaxt verdi

Rusiya dövlət başçısı Vladimir Putin təbii qaz sərfiyyatı ilə əlaqədar qazın verilmə rejiminin 1 iyundan etibarən dəyişəcəyi mövzusunda Türkiyə və AB ölkələrinə məktub göndərib.

Aprelin sonlarında göndərdiyi ilk məktubu xatırladan Putin son dövrlərdə Ukrayna ilə keçirilən görüşlərdə irəliləmə olmadığına və borcun gedərək artdığına toxunub:

“Bir aydan çox müddət keçib. AB üzvü olmayan ölkələr Ukraynanın borcunu ödəməməsi və təbii qaz anbarlarının qeyri-kafi olması ilə bağlı riskli bir vəziyyətin meydana gəldiyini düşünürlər. AB ölkələri ilə Varşavada görüşdə bu mövzuda danışdıq. AB enerji komissarı Günter Oettinger və Ukraynadan Yuri Prodan bu görüşə qatılmışdı. Amma təəssüf ki, ortaqlarımızdan Ukraynanın razılaşma öhdəliklərini necə yerinə yetirəcəyi barədə hər hansı bir təklif görmədik”.

Qeyd edək ki, məktubunda təbii qaz ödəmələrinin getdikcə daha kəskin hal aldığına toxunan Putin “Ukraynanın borcu 2.2 milyard dollardan 3.5 milyard dollara qalxıb. Amma Ukrayna ayrılan kreditin ilk hissəsini - 3.2 milyard dollarını alıb”, - deyə bildirib.

Putinin bu məktubu Türkiyə, Avstriya, Bosniya-Hersoqovina, Bolqarıstan, Çexiya, Xorvatiya, Fransa, Almaniya, Yunanıstan, İtaliya, Makedoniya, Moldova, Polşa, Rumıniya, Serbiya, Slovakiya və Sloveniya liderlərinə göndərilib./axar/
1164 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber