Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Ermənilər Qarabağda pasport paylayır

Nurəddin Məmmədli: «Hakimiyyət bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməyə borcludur»

«Azərbaycan diplomatiyasının fəaliyyətsizliyi və dişsizliyi ölkənin gələcəyi üçün ciddi problemlər yarada bilər»

Ermənistan hökuməti Suriya ermənilərini vətəndaşlığa qəbul etməyə qərar verib. Ans press-in məlumatına görə, hökumət Suriya münaqişəsindən qaçan ermənilərə şəxsiyyət vəsiqəsinin verilməsi üçün büdcədən 41,27 mln. dram (təxminən 100 min dollar) ayırıb.

Qeyd edək ki, Suriyada 60 minə qədər erməni yaşayır. Suriyada vətəndaş müharibəsi başlayandan sonra ermənilər bu ölkədən qaçmağa başlayıb. Suriyadan qaçan erməni ailələri əsasən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olan Azərbaycan torpaqlarında məskunlaşdırılır.

Ermənistanın digər yerlərdən gələn erməniləri məhz Dağlıq Qarabağda məskunlaşdırması təsadüfi deyil. Düşmən ölkə münaqişənin həlli prosesində də bu faktordan istifadə etmək niyyətindədir. Qarabağın erməni əhalisinin sayının artması referendum keçiriləcəyi təqdirdə də öz rolunu oynaya bilər.

Belə olan halda Azərbaycan tərəfi gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün hansı addımlar atmalıdır?

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin sözlərinə görə, istənilən ölkənin digər ölkədən vətəndaşları qəbul etməsi ilə bağlı siyasəti beynəlxalq konvensiyalarda təsdiq olunmuş normadır. Amma nəzərə almaq lazımdır ki, Qarabağ Azərbaycan torpaqlarıdır və bütün dünyada Azərbaycanın ərazisi kimi qəbul olunub. Həmin torpaqlarda xarici vətəndaşların vətəndaşlıq hüququ alması, qeydiyyatdan keçirilməsi tamamilə beynəlxalq hüquq normalarına ziddidir. Ona görə də Azərbaycan hakimiyyəti bununla bağlı beynəlxalq təşkilatlara müraciət etməyə borcludur. Çünki həm hüquqi, həm də siyasi müstəvidə bu yolverilməz məsələdir: «Azərbaycan bunun suveren hüququnun pozulmasına yönəlik bir hadisə kimi dəyərləndirilməsinə nail olmalıdır. Amma bizim hakimiyyətin bütün işi gücü, talançılığa, qarətçiliyə sərf olunduğundan dövlətin idarə olunması, strateji maraqlarının nəzərə alınması məsələləri arxa plana keçib. Ona görə də bu təkcə bu yox, digər məsələlərdə də Azərbaycan diplomatiyasının həm fəaliyyətsizliyi, həm də dişsizliyi ölkənin gələcəyi üçün ciddi problemlər yarada bilər»./azadlıq/
1417 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı