Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Ərdoğanın marketdəki fotosunda saxtalıq (Foto)

Sözügedən fotoşəkil "İlin siyasət fotoşəkili" mükafatını alıb

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Somada baş verən kömür mədəni faciəsindən bir gün sonra bölgəyə səfəri etirazla qarşılaşmışdı.

Soma kömür mədəni faciəsindən bir gün sonra hadisə yerinə yollanan baş nazir Ərdoğan çıxışı zamanı bir gəncin etirazı ilə qarşılaşıb. Sonra o gəncin mühafizəçilər tərəfindən saxlanması, digərləri tərəfindən də etiraza səbəb olub. Bunun ardından təxminən 200 metr uzaqlıqdakı qrup etirazlara qatılıb.

Reaksiyaların böyüdüyünü görən Ərdoğan isə marketə sığınmağa cəhd etmişdi. Baş nazirin bu addımı bəzi kütlə tərəfindən pislənmiş, xalqla üz-üzə gəlməkdən qorxduğu bildirilmişdi. Həmin gün sosial şəbəkədə yayılan fotoşəkillərdən biri isə bu fikri daha da qüvvətləndirmişdi. Belə ki, şəkildə Ərdoğan marketdə oturub telefonla kiminləsə danışır.

Lakin məlum olub ki, həmin fotoşəkil 2011-ci il fevral ayının 20-də "Anadolu Ajans" xəbər agentliyinin foto-müxbiri Kayhan Özər tərəfindən çəkilib.

Qeyd edək ki, Kayhan Özerin sözügedən fotoşəkili "Vakıfbank" tərəfindən təşkil edilən "İlin mətbuat fotoşəkilləri 2011" müsabiqəsində "İlin siyasət fotoşəkili" mükafatını da alıb.


1352 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10