Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Siyasi seçimlərinə görə Soma şəhidlərinə böyük hörmətsizlik

Türkiyəli yazar onların bu faciəyə layiq olduğunu deyib
Türkiyə Manisa vilayətinin Soma rayonunda 292 nəfərin ölümü ilə nəticələnən dəhşətli faciədən sonra yerli jurnalistlərdən birinin hadisəni şərh etmə şəkli ölkədə kəskin reaksiya ilə qarşılanıb. “Halk” tele kanalında telefonla canlı efirə qoşulan “Hürriyet” qəzetinin köşə yazarı Yılmaz Özdil, mitinqlərdə Ərdoğana dəstək verən faciəyə məruz qalmış mədənçilərin buna layiq olduğunu ifadə edib.

“O fəhlələr üçün bu qəza normaldır, hətta buna layiqdirlər. Türkiyə layiq olduğunu tapdı”.

Özdil o fəhlələrin pul qarşılığında baş nazir Ərdoğanın Manisa və İzmirdə keçirdiyi mitinqdə iştirak etdiklərini, sevgi nümayiş etdirdiklərini, bu səbəbdən də həmin qəzaya layiq olduqlarını bildirib.

Xatırladaq ki, Yılmaz Özdil bir neçə il əvvəl Uludərədə hərbi aviasia əməliyyatı ilə səhvən öldürülən 34 nəfər qaçaqmalçını da qatırla müqayisə etmişdi./ans/
1284 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...