Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Xoşqədəm Hidayətqızı kimə arxalanır?

Məşhur teleaparıcıdan qonşusu şikayətçidir

Məşhur teleaparıcıdan qonşusu şikayətçidirTanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı Saray qəsəbəsində qonşusunun evini sökdürür

Bu barədə Saray qəsəbəsi Mir Cəlal Paşayev küçəsinin sakini Xəqani Hüseynov məlumat verib. X.Hüseynov deyib ki, əvvəllər qəsəbənin aşağı tərəfində torpaq sahəsi olub. Yer nəmişlik olduğuna görə oranı sataraq əməkdar artist Ədalət Şükürovun evinin yaxınlığında torpaq sahəsi alıb. Onun sözlərinə görə, elə hər şey də bundan sonra başlayıb:

“Ədalət Şükürov evini Xoşqədəm Hidayətqızına satandan sonra hər şey dəyişdi. Xoşqədəm xanım gəlib mənə dedi ki, yerini mənə sat, qohumlarımı yanıma gətirmək istəyirəm. Mən də etiraz etdim. Dedim sizə bir aparıcı kimi hörmətimiz var, amma yerimi satmıram. Bundan sonra tikintimizi sökməyə başladılar. İndi də bizim evin materiallarını maşınlara yığıb aparırlar. Halbuki evin damını bağlamağa iki daş qalmışdı”.

X.Hüseynov məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə də müraciət edib. Amma maraqlıdır ki, icra hakimiyyətindən vətəndaşa bununla bağlı məhz Xoşqədəm Hidayətqızına müraciət etməyi “məsləhət biliblər”:

“Xoşqədəm xanıma da zəng vururam. Deyir ki, mənim səninlə danışmağa vaxtım yoxdur. Bu gün icra hakimiyyətinin tikinti şöbəsinin rəisi Seymur Məmmədovun qəbulunda olmuşam. Deyir ki, balamın canı üçün mənlik deyil, Xoşqədəmlikdi”.

Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlayaraq, iddianın təfərrüatlarını öyrənməyə çalışsaq da, bu, mümkün olmayıb. Çunki Xoşqədəm Hidayətqızı bildirib ki, çəkilişdəyəm./aznyus/
4233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı