Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Soma faciəsinin səbəbi ilə bağlı dəhşətli iddia

Türkiyənin Soma əyalətində şaxtada baş verən partlayışının səbəbilə əlaqədar daha bir dəhşətli iddia irəli sürülüb.

İddiaya görə, yanvarda istehkam dirəyi dəyişdirilərkən partladılan dinamit kabellərə zərər verib. İstehsal ləngiməsin deyə kabel dəyişdirilmədən bağlanıb. Eyni yerdən çıxan qığılcımlar artdıqdan sonra şaxta yerlə bir olub.

Bunları faciədən xilas olmağı bacaran, adı çəkilməyən şaxtada işləyən bir çavuş açıqlayıb.

Onun sözlərinə görə, günün səhər saatlarında transformatora yaxın hissədə bir istehkam dirəyi yerindən oynayıb.

Topçu deyə qrup dirəyi dəyişdirmək üçün işlər görərkən yarım dinamit parçası partlayıb. Partlayışa görə elektrik xətti ziyan görüb. Elektrik ustası kabelin dəyişməsi lazım olduğunu deyib.

Ancaq dəyişdirilməsi uzun çəkəcəyi, işin ən az 4 saat dayanmasına gətirib çıxaracağı üçün kabeli bantla sarımağı göstəriş verdilər. İstehsal tutumu artırıldığı üçün daha çox enerji verilən kabelin enerji axınına dözə bilməyən bantlı hissəsində qığılcımlar çıxmağa başlayıb.

Qığılcımlar qeyri-standart kabelləri alovlandırıb. İstehkam dirəkləri və kömür də alovlanınca şaxtanın içi qısa müddətdə cəhənnəmə dönüb.

İllərdir mədəndə işləyən çavuş işsiz qalacağını bilsə də prokurorluğa çağırıldığı təqdirdə gördüklərini danışacağını bildirib:

"Çıxışa yaxın olduğum üçün dərhal qaçdım. Sonra yoldaşlarımı qurtarmaq üçün şaxtaya qayıtdım. Dəhşətli dərəcədə istilik var idi. Gözlərimin içi belə yanırdı. Divarlar da həmçinin. Bir çox yoldaşımı orada itirdim. Gördüklərimi danışmasam onlara xəyanət etmiş olaram, haqlarını halal etməzlər”.

Qeyd edək ki, Türkiyənin Soma əyalətində şaxtada baş verən partlayışın səbəbi “transformator partlaması” kimi açıqlanıb.
1098 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı