Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

“Ərdoğan psixoloji problem yaşayır”

Təbiblər Birliyi: “Ərdoğan psixoloji problem yaşayır”

Somada etirazçılardan birini şillələməsi, “hara qaçırsan, ulan, İsrail dölü” deyə əsəbiləşib onu boğmağa cəhd etməsi, bu hadisədən sonra isə partiyasının toplantısında somalı etirazçılar haqqında “əxlaqsız” sözünü işlətməsi Baş nazir Rəcəb Tayyib Ərdoğan barədə mart ayında Türk Təbiblər Birliyi Mərkəz Konseyinin rəyini bir daha gündəmə gətirib.

Gəzi parkı olaylarında R.T.Ərdoğanın işlətdiyi bəzi ifadələr hələ mart mart ayında Türk Təbiblər Birliyinin Ərdoğanın psixoloji durumu barədə “narahatlıq” açıqlamasını verməyə sövq etmişdi.

Birliyin rəyində “normal bir vəziyyətdə olan heç kim uşaqlarını itirmiş iki ailəni üz-üzə gətirməz” deyə narahatlıq ifadə olunur və Qaziantep mitinqində Berk Elvanla danışığından dəhşətə gəldikləri qeyd olunurdu:

"Gəzi parkı hadisələrinə faiz lobbisi səbəb oldu… Dolmabaxça məscidində içki içdilər... Mənim hicablı bacılarıma hücum etdilər...

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Gəzi parkı hadisələrindən sonra istifadə etdiyi bu ifadələrini həkim olaraq narahatlıqla izləyirik. Dünən Qaziantep mitinqində Berk Elvanla bağlı sözlərini eşitdikdə dəhşətə gəldik. Normal bir vəziyyətdə heç kim uşaqlarını itirmiş iki ailəni üz-üzə qoymağa çalışmaz. Normal bir vəziyyətdə heç kim çörək almağa gedərkən polis tərəfindən başından vurulan, 269 gün ölümlə savaşdıqdan sonra həyatını itirən 15 yaşındakı bir uşağı terrorist elan etməz. Normal bir vəziyyətdə heç kim oyun çağında öldürülən bir uşağın məzarına qoyulan oyuncaq topları “dəmir şar" olaraq təhrif etməz. Normal bir vəziyyətdə heç kim hələ iki gün əvvəl övladını basdırmış bir ananı mitinq meydanında aşağılamaz.

Biz həkimik. İnsanın hər cür ruh halını bilirik. Baş nazir Ərdoğanın ruh halından narahatlıq keçiririk. Fövqəladə narahatlıq keçiririk. Özü, ətrafı, ölkəmiz adına narahatlıq keçiririk. Narahatlığımızı da ictimaiyyətlə paylaşırıq”.

Qeyd edək ki, həkimlərin bu xəbərdarlıq səciyyəli narahatlığı Soma faciəsindən sonra yenidən aktuallıq qazanıb.

Xatırladaq ki, Somada kömür mədənində baş verən qəza nəticəsində artıq 292 adamın öldüyü təsdiqlənib. Ölənlərin sayının 302-yə çata biləcəyi isə rəsmən etiraf edilib.

Qeyri-rəsmi mənbələr isə ölənlərin daha çox olduğunu, sadəcə, real rəqəmin gizlədildiyini iddia edir.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Soma səfəri zamanı müşavirinin bir etirazçını yerə yıxıb təpikləməsi, özünün isə digər bir etirazçıya əl atması və sonradan somalı etirazçıları faciə içində çılğın etirazlarına görə “əxlaqsız” adlandırması birmənalı olaraq qınanılır və Ərdoğanın artıq özünü idarə edə bilmədiyi, siyasətçiyə yaraşmayan dözümsüzlük göstərdiyi və psixoloji problemlər yaşadığı barədə ciddi şərhlər verilir.
1524 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber