Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

Kremldə Qərbin sanksiyalarına gülürlər

İllarionov: Kremldə Qərbin sanksiyalarına gülürlər

Rusiya Prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə keçmiş köməkçisi Andrey İllarionov bildirib ki, Kremldə Qərbin sanksiyalarına gülürlər.

Bu barədə o, Slovakiyanın paytaxtı Bratislavada qatıldığı beynəlxalq konfransda belə deyib. Onun sözlərinə görə, sanksiyalar o qədər təsirsizdir ki, Moskvada bu addımları zarafat sayır, ciddi qəbul etmirlər. O əlavə edib ki, sanksiyalar əsasən üçüncu ranqlı siyasilərə şamil olunub. Həmin insanların da hadisələrə, gündəmi dəyişəcək proseslərə təsiri yoxdur.

İllarionov daha sonra bildirib ki, Ukraynanın ərazi bütövlüyünü bərpa etmək, rus ordusunun geri çəkilməsi üçün bu cür təsirlər yetərli deyil. Keçmiş köməkçi sonda vurğulayıb ki, Putinin məqsədi Avropanı parçalamaqdır və o, məqsədinin böyük bir hissəsinə nail olub./axar/
1406 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...