Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2014

17 mayda gözlənilən hava şəraiti

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 28-33, bəzi yerlərdə 35 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən verilən məlumata görə,Azərbaycanın rayonlarında mayın 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Axşam bəzi qərb rayonlarında şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 33-38, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
1640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber